Araz Abdullayev 90 dəqiqə forma geyindi, “Anortosis” uddu

Kipr çempionatında 16-cı turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv səfərdə “Aris Limassol”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.

 

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Geridə qalan turlarda 36 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi.

Tarix: 17 Dekabr 00:50    Oxunub: 187    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.