"Neftçi"dən ilk qış transferi

Ölkə kubokunda yarımfinala qalan «Neftçi» transfer bazarında hərəkətə keçib.

 

Sportinfo.az-ın məlumatına görə, «ağ-qaralar» İlkin Qırtımovu heyətinə qatıb. Son 2,5 ili «Keşlə»də keçirən millinin müdafiəçisi paytaxtın digər təmsilçisi ilə 1 il+6 aylıq müqaviləyə qol çəkib.


Əslində, onunla anlaşma 2 həftə öncə əldə olunub. «Keşlə» Qırtımovun transfer vərəqini vaxtından əvvəl özünə qaytarıb, bunun qarşılığında isə o, bəzi alacaqlarından imtina edib. Demək olar ki, dekabr ayını havayı oynayıb.


Əlbəttə, İlkin birbaşa «Neftçi»nin əsas heyətində çıxış edəcək və komandanı gücləndirəcək biri deyil. Güman ki, Tərlan Əhmədov transfer çalışmalarına başlayarkən, birinci növbədə ehtiyat skamyaya əl gəzdirməyi lazım bilib.

 

İstənilən halda bu, «xırda keçid»di və İlkindən çox şey gözləməyə dəyməz. Müqayisə üçün pis çıxmasın, at kimi yaxşı qaçmağı, podad kimi iradəsi var, topla rəftarına, mövqe seçiminə gəlincə… Məktəbsizdi. 


Maraqlıdı ki, «Zirə» də son anadək Qırtımovun yaxasından düşməyib. Ayxan Abbasov onu daha yüksək maaşla öz komandasına dəvət edib. «Zirə» paytaxtdan bir qədər aralıda - adını daşıdığı qəsəbədə məşq keçdiyi üçün bu variantı dəyərləndirməyib.

 

Tarix: 17 Dekabr 00:30    Oxunub: 1175    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.