"Real” klublararası dünya çempionu oldu - VİDEO

Klublararası dünya çempionatı başa çatıb.

 

Sportinfo.az xəbər verir ki, BƏƏ-nin Əl-Əyn və Əbu-Dabi şəhərlərində keçirilən dünya çempionatında meydan sahibi “Əl-Cəzirə” (BƏƏ) ilə yanaşı, öz qitələrində çempion olmuş “Okland Siti” (Yeni Zelandiya), “Paçuka” (Meksika), “Vidad Kasablanka” (Mərakeş), “Urava Red Daymonds” (Yaponiya), “Qremio” (Braziliya) və “Real” (İspaniya) klubları mübarizə aparırdı.

 

Finalda "Real" ilə "Qremio" üz-üzə gəlib. Kriştiano Ronaldonun vurduğu yeganə qol Madrid təmsilçisini dünya çempionu edib. 

 

Üçüncü yer uğrunda oyunda isə "Əl Cəzirə" "Paçuka" ilə münasibətlərinə aydınlıq gətirib. "Paçuka" darmadağınla qalib gələrək, bürünc medallara sahib çıxıb.



6 dekabr

İlk mərhələ

Əl Cəzirə (BƏƏ) - Okland Siti (Yeni Zelandiya) 1:0
Qol: Romarinyo, 37.

9 dekabr

1/4 final

1. Paçuka (Meksika) - Vidad Kasablanka (Mərakeş) 1:0
Qol: Quzman, 112.

2. Əl Cəzirə (BƏƏ) - Urava Red Daymonds (Yaponiya) 1:0
Qol: Mabxut, 52.

12 dekabr

Yarımfinal

Qremio (Braziliya) - Paçuka (Meksika) 1:0
Qol: Everton, 95.

13 dekabr

Əl Cəzirə (BƏƏ) - Real (İspaniya) 1:2
Qol: Romarinyo, 41 - Ronaldo, 53. Beyl, 81.

16 dekabr

Üçüncü yer uğrunda oyun

Əl Cəzirə - Paçuka 1:4
Qol: Al Şamsi, 57 - Urretaviskaya, 37. Jara, 60. De la Rosa, 79. Saqal, 84-pen.

Final

Real - Qremio 1:0
Qol: Ronaldo, 53.

 


 -

Tarix: 17 Dekabr 00:00    Oxunub: 172    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.