Zaur Axundovun “Araz”ı artıq hakimləri də saymır

Bu gün Yüksək Liqada XI turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, cari mövsümdə ilk dəfə olaraq oyunlar "Olimpik Star"da olub.

 

Təmirdən sonra xidmət keyfiyyətini yüksəldən kompleksin yeganə çatışmazlığı çəkiliş üçün xüsusi yerlərin ayrılmaması ilə bağlıdı. 


Turnir cədvəlindəki vəziyyət “Marafon Futsal”ın favorit olduğunu göstərirdi. Düzdü, ilk dəqiqələrdən bu aşkar hiss olunmurdu. Rüfət Hüseynovun baş məşqçi vəzifəsini icra etməsindən sonra oyununda dönüş yaranan “Yasamal” fürsət tapdıqca rəqib qapısına tərəfə irəliləyirdi. Hesabı isə Seymur Məmmədovun autdan göndərilən topu qapıdan keçirməklə açdı.

 

Bu qoldan dərhal sonra “Yasamal” da fərqlənə bilərdi. Cəzalı olduuna görə, ötən matçı buraxan Mortoza bu dəfə qapıçını keçə bilmədi. Elə ilk 10 dəqiqə bu minvalla keçdi. Hətta təhlükəli əks-hücumlar quran “Yasamal” “3-ün” “1-ə” epizodu belə boşa verdi.

 

“Marafon Futsal”ın isə belə niyyəti yox idi. Mümkün qədər çox qol vurmağa çalışan debütantın növbəti qolu Rüstəmdən gəldi. Elə dəqiqə yarım sonra Hamedin aut xətti yaxınlığından qüvvətli zərrbəsi dirəyə dəyib tora daxil oldu və fərq 3 topa yüksəldi. Hissənin son dəqiqəsində əvvəlcə Məcid, ardınca Hamed növbəti qolları vurmaq şansını qaçırdılar. 


İkinci hissədə nominal qonaqlar fərqi azaltmağı bacardı. Bu dəfə komandasının əsas oyunçularından olan Vüsal Səfərov adını tabloya yazdırdı. Di gəl, debütantın iranlı legioneri Məcid tezliklə 3 topluq fərqi bərpa etdi. Bombardir də qələbədə pay sahibi oldu. Bu qol onun çempionatdakı 15-ci topu idi.

 

Renatın bu yarışda ən yaxın izləyicisi olan Cahandost yenidən fərqi azaltmağı bacardı. Ümumiyyətlə, “Yasamal” bu oyunda xal qazana bilməsə də, iranlı legionerlərin üstünlük təşkil etdiyi vaxtla müqayisədə daha keyfiyyətli oyun nümayiş etdirdi. Bu da Rüfət Hüseynovun işinin bəhrəsidi. Qış fasiləsində boşluqları dolduracağı təqdirdə, “Yasamal” autsayder statusundan qurtula biləcək. 


İkinci oyuna “FK.İD.Futsal” itkilərlə çıxmışdı. Ötən qarşılaşmada zədələnən Rəcəb Fərəczadə və Ağatahir Əzimov komandasına kömək edə bilmirdi. Gözlənildiyi kimi, “Araz” hücum edən tərəf idisə, “FK.İD.Futsal” isə əks-hücumlarla qol vurmaq ümidində idi.

 

Ərazi üstünlüyü çempionun tərəfində olsa da, bunu faydalı iş əmsalına çevirmək çətin idi. 8-ci dəqiqədə “Araz” tilsimi sındırdı. Künc nöqtəsindən Çovdarovun ötürməsini Kardosa qayçı zərbəsi ilə qapıdan keçirdi. İkinci qolda isə təcrübəli qapıçının inamsız oyunu rol oynadı və nəticədə Maykon komandasının ikinci qolunu vurdu.

 

Nisbi sakitliki növbəti dəfə Thaqo pozdu. Millinin də formasını geyinən hücumçu 10 saniyə ərzində dubl etdi. İsanın mərkəzdən boş qapıya vurduğu qol isə tamboldakı 4-ü 5-lə əvəzlədi. Karvalho qapıçı ilə üzbəüz qaldığı epizodda “9-luq”u nişan almaq istəyərkən, qeyri-dəqiq oynadı. Braziliyalının növbəti zərbəsi tirə tuş gəldi.

 

Ara-sıra əks-hücumlar qurmağa çalışan debütantdan Nihadın zərbəsi hədəfə tuş gəlmədi. Hissənin sonuna 2 dəqiqə qalmış “Araz”ın qapısına penalti təyin edildi. Elvin dədiq oynamaqla fərqi 4- topa endirdi. İkinci hissədə Çovdarov məharətini göstərdi. Bir dəqiqə ərzində iki qol vuran Ramiz komandasının qollarının sayını 7-yə çatdırdı. Bu matç bitərəfəli getdiyindən “Araz” təhlükəli hücumları sıralanırdı.

 

Maraqlı məqam udan komandanın iki üzvünün sarı vərəqə ilə cəzalandırılmasıdı. Hər iki halda onlar hakimin qərarına etiraz etdiklərinə görə, bu aqibətlə üzləşdilər. Elşənin 31-ci dəqiqədəki qolu fərqi 5-ə endirdi. Ancaq “Araz”ın cavabı da gecikmədi. İsanın cinahdan qapı qarşısına yerlə ötürməsini nadir hallarda oynamaq imkanı qazanan Ramil Quliyev qapı xəttindən keçirdi. Qolun davamını Oqtay gətirdi.

 

Mərkəzdə topa sahib çıxan futzalçı son müdafiəçini keçib boş qapıya “düşdü”. Elə Ramil də dublnu uzaq məsafədən boş qapını nişan almaqla reallaşdırdı. Sonuncu dəqqiqədə Nihad arxası qapıya olan vəziyyətdə topu qəbul etdib zərbə endirsə də, cüzi fərqlə qapının yanından keçdi. Bununla da “Araz” növbəti böyükhesablı qələbəsini qazanmaqla zirvədəki yerini də qorumuş oldu.

 

Turun son matçına gəlincə, “Neftçi” meydana ciddi itkilərlə çıxmışdı meydana. Ötən oyunda qırmızı vərəqə alan Tural Qurbanovdan başqa səhhətində problem olan təcrübəli qapıçı Elnur Zamanov da komandasına kömək edə bilmirdi. Düzdü, qapıçının adı protokola daxil edilmişdi, ancaq özü isə ehtiyat oyunçular skamyasında əyləşmişdi. 


Elə “Xəmsə”də də oyunçu baxımdan kasadlıq idi. Oyunun birinci hissəsi əsasən “Neftçi”nin üstünlüyü şəraitində keçdi. Bir epizodda Balakişiyevin zərbəsi dirəyə dəyib meydanı tərk etdi. Turalın qol vurmasına son anda elə özü mane oldu. “Xəmsə”nin isə sevinməsinə qapı xəttində yer alan rəqib futbolçunun tora daxil olmaq üzrə olan topu kornerə çıxarması mane oldu.

 

Halbuki Yaminin zərbəsi qüvvətli və dəqiq idi. Çətinliklərə baxmayaraq, çempionatın yeganə sponsorsuz kollektivi hesabı açdı. Əli Həsənov yaxın məsafədən toru silkələməklə, komandasını hesabda önə keçirdi. “Xəmsə” birinci dövrədə olduğu kimi, yenə də fasiləyə 2 top fərqi ilə üstün yollanmağı bacardı. Bu dəfə Elçinin ideal ötürməsini Samir tora qovuşdurdu. 


Fasilədən dərhal sonra Davud Xolerdi fərqi minimuma endirdi. Qapının arxa dirəyinə dəyən top “Xəmsə”də şübhə yaratsa da, referi təmiz qolu qeydə almaqda haqlı idi. Yenə topa nəzarət Yüksək Liqanın stajlı komandasında olsa da, Əjdər Əjdərovun ikinci sarı-qırmızı vərəqəni alması “Xəmsə”yə əlavə üstünlük qazandırdı.

 

Maraqlıdı ki, azlııqda qalan “Neftçi” bu dəqiqələrdə qol vurmağa daha yaxın oldu. Bu dəfə də birinci dövrədəki ssenari təkrarlandı. Həmin oyunun ikinci hissəsində “come back” eləyən “Neftçi” bu dəfə də hesabı bərabərləşdirdi. Tural İsmayılov iti bucaq altında zərbə endirməklə bunu bacardı.

 

“Marafon Futsal” – “Yasamal” FK (3:0) 5:2
16 dekabr. Olimpik Star. Saat 12:30
Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Kənan Məlikov
Hakim-inspektorlar: Ələkbər Məmmədov
Qollar: S. Məmmədov, 3:51, R. Bağırzadə, 11:16, H. Khodaei, 12:56, M. Morovati, 26:20, R. Sultanov, 34:17 // V. Səfərov, 24:43, M. Cahandost, 36
Sarı vərəqələr: R. Sultanov, 36 // M. Cahandost, 25, V. Səfərov, 27

“Marafon Futsal”
2. Kamran Hacıyev (q), 7. İlkin Hacıyev, 8. Renat Sultanov (k), 10. Seymur Məmmədov, 13. Məcid Morovati, 12. Kəsra Mehdipour (q), 4. İbrahim Zeynalov, 9. Omid Talebi, 11. Hamed Khodaei, 77. Səid Goodarzi, 22. Tofiq Əliyev, 99. Rüstəm Bağırzadə
Baş məşqçi: Elşad Quliyev

“Yasamal” FK
13. Teymur Mirzəyev (q,k), 5. Vüsal Səfərov, 3. Xəyal Quliyev, 9. Omid Oraz, 14. Mohsin Hayatbini, 23. Vladislav Vorobyov, 11. Anar Babayev, 10. Mortoza Cahandost
Məşqçi: Rüfət Hüseynov

 

“FK.İD.Futsal” – “Araz” (1:5) 2:10
16 dekabr. Olimpik Star. Saat 14:00
Hakimlər: Elçin Məmmədov, Ramil Namazov, Azad Hüseynov
Hakim-inspektorlar: Ağarza Rzayev
Qollar: E. Quliyev, 18:30 (penalti), E. İbrahimxəlilov, 30:34 // K. Everton, 7:04, M. Da Silva, 9:13, T. Thaqo, 13:03, 13:14, İ. Atayev, 15:51, R. Çovdarov, 24:56, 25:50, R. Quliyev, 32:08, 36:36, O. Rüstəmli, 33:08
Sarı vərəqə: İ. Atayev, 17:10, R. Çovdarov, 27:58

“FK. İD. Futsal” 
12. Ramil Həsənzadə (q,k), 4. Elvin Quliyev, 8. Nihad İsmayılov, 9. Elşən İbramxəlilov, 10. Faiq Əliyev, 1. Ümid Paşayev (q), 5. Emil Abbaszadə, 6. Anar Ağayev, 11. Adil İsmayılov 
Baş məşqçi: Rəfael Adbulov

“Araz” 
1. Rövşən Hüseynli (q), 6. Eduardo Borges, 10. Teles Thaqo, 15. Maykon da Silva, 8. Rizvan Fərzəliyev (k),19. Anar Məmmədov (q), 2. Ramil Quliyev, 7. Ramiz Çovdarov, 9. Karvalho dos Santos, 11. Xətai Bağırov, 14. Oktay Rüstəmli, 3 Kardosa Everton, 13. İsa Atayev
Baş məşqçi: Joze Alesio da Silva

 

“Neftçi” İK – “Xəmsə” (0:2) 2:2
16 dekabr. Olimpik Star. Saat 15:30
Hakimlər: Elçin Səmədli, Azər Əsgərov, Anar Fərəcov
Hakim-inspektorlar: Tofiq Şükürov 
Qollar: D. Xolerdi, 21:43, T. İsmayılov, 28:52 // Ə. Həsənov, 15:30, S. Əmirov, 17:53
Sarı vərəqə: M. Eybeli, 29:34, D.Xolerdi, 34:16 // Q. İsmayılov, 28:46, Y. Ağakərimzadə, 29:34
Qırmızı vərəqə: Ə. Əjdərov, 25:23

“Neftçi” İK
1.Samir Mehdiyev (q), 5. Mehram Eybeli, 10. Rüfət Balakişiyev (k), 77. Davud Xolerdi, 8. Vahib Xocayev, 23. Elnur Zamanov (q), 13. Əjdər Əjdərov, 7. Tural İsmayılov 
Baş məşqçi: İlqar Aslanov

“Xəmsə” 
1. Zaliş Səmədzadə,7. Elçin Zeynalov, 14. Yamin Ağakərimzadə, 10. Əli Həsənov, 8. Qüdrət İsmayılov (k), 9. Samir Əmirov, 11. Rüfət Cəlilov, 12. Ceyhun Yusifov
Baş məşqçi: Novruz İbrahimov

Tarix: 16 Dekabr 20:47    Oxunub: 380    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.