"Qarabağ" bu gecəni yatıb yuxusunda da görməzdi

"Qarabağ"ın Azərbaycan Kubokunda 45 aylıq seriyası qırılıb.

 

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 3 il 9 aydan sonra bu turnirdə uduzaraq mübarizəni dayandırdıb.

 

Bu, 1/4 finalda "Sumqayıt"la səfərdəki cavab oyununda 0:2 hesablı məğlubiyyətlə reallaşıb. Ağdam təmsilçisi qalibi olduğu son 3 mövsümdə kubokda məğlubiyyət almamışdı.

 

Hazırkı mövsümdə ilk 2 oyundakı qələbəni də nəzərə alsaq, "Qarabağ" kubokda ardıcıl 17 oyundur yenilmirdi. Öz üdə bu oyunların 16-də qələbəylə nəticələnmişdi.

 

Yalnız 1 matçdan - 2014/05 mövsümünün yarımfinalında "Simurq"la Zaqataladakı cavab oyununda qolsuz bərabərik qeydə alınmışdı. Ancaq bu, finala vəsiqəyə yetərli olmuşdu.

 

Maraqlıdı ki, "Qarabağ" ardıcıl 3-cü mövsüm "Sumqayıt"la məhz 1/4 finalda üzləşərək bunadək bütün 5 matçda meydanı qalib tərk etmşdi. Qurban Qurbanovun yetirmələrinin turnidə sonuncu məğlubiyyətini indiki kimi 1/4 final mərhələsinin cavab oyununda alması diqqət çəkir.

 

Sadəcə, həmin oyun səfərdə yox, evdə olmuşdu. Söhbət 2013/14 mövsümündə "Qəbələ"yə Tofiq Bəhramov adına Respublka stadionunda 1:2 hesablı məğlubiyyətdən gedir. Həmin oyun 2014-cü ilin martın 19-da olub.

 

Beləliklə, ağdamlılar kubokda 1367 gündən sonra yenilib. "Qarabağ" bu turnirin 6 qat qalibidi. İlk 3 öncəki 1993, 2006 və 2009-cu illərdə olub. Komanda 9 ildir onu çalışdıran Qurbanovla 4 dəfə kuboku qazanıb.

Tarix: 16 Dekabr 20:34    Oxunub: 415    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.