"Çelsi" Karlo Ançelottini baş məşqçi postuna qaytarır

Karlo Ançelotti yenidən "Çelsi"yə rəhbərlik edə bilər.

 

Sportinfo.az xəbər verir ki, artıq klubun sahibi Roman Abramoviç italiyalı mütəxəssislə danışıqlar aparıb.

 

Tərəflər Ançelottinin 2018-ci ilin fevralında komandaya qayıdışına dair razılığa gəliblər. Hazırkı baş məşqçi Antonio Konte isə mövsümün sonunda istefaya göndəriləcək.

 

Karlo Ançelotti sentyabrın 28-də "Bavariya"nın baş məşqçi postundan istefaya göndərilib. O, "Çelsi"də 2009 - 2011-ci illərdə çalışıb.

 

Ançelotti ilk mövsümündə "qızıl dubl" etsə də, növbəti mövsüm nəticə verə bilmədiyi üçün vəzifəsindən ayrılıb.

Tarix: 16 Dekabr 20:21    Oxunub: 178    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.