Nazarov pasla fərqləndi, komandası qələbəni əldən verdi

Almaniya 2-ci Bundesliqasında 18-ci turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.

 

Sözügedən komanda doğma meydanda “Haydenhaym”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

 

Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb. Komandasının yeganə qolunun ötürməsini də məhz Dmitri verib.

 

Lakin erkən qola sevinən futbolçumuz və komanda yoldaşları son saniyələrdə buraxılan topla qələbəni əldən veriblər.

 

Nazarov ötən tur da komandasının 1:0 hesablı qələbəsinə qol ötürməsi ilə töhfə vermişdi. “Ersgebirge” geridə qalan turlarda topladığı 23 xalla 18 klub arasında 12-ci pillədə qərarlaşıb.

Tarix: 16 Dekabr 20:08    Oxunub: 149    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.