Joze Mourinyo: "Bu göstərici ilə qürur duymuram"

“Mançester Yunayted” Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda ÇSKA-ya qalib gəlib - 2:1.

 

Sportinfo.az xəbər verir ki, bu qələbədən sonra “Mançester Yunayted” klub rekordu müəyyənləşdirib. MY bütün turnirlərdə doğma meydanda məğlubiyyətsiz oyunlar seriyasını 40-a çatdırıb.

 

Komanda sonuncu dəfə 2016-cı ilin 10 sentyabrında öz meydanında “Mançester Siti”yə məğlub olub – 1:2. MY-nin baş məşqçisi Joze Mourinyo bu uğuru belə şərh edib:

 

“Bu göstərici ilə qürur duymuram. Mən komandanı meydana rekordlar qazanmaq üçün çıxarmıram. Tarixə titullar qazanmaqla düşmək istəyirəm. Ancaq bütün hallarda, belə nəticə sevindirir”.

Tarix: 16 Dekabr 19:29    Oxunub: 181    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Aprel 2018
19 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.