GEDƏNLƏR - "Neftçi" yaxasını bu adamlardan qurtarmaq üçün danışıqlar aparır

Bu gün «Neftçi»də ilin yekunlarına dair iclas keçirilib.

 

Sportinfo.az-ın məlumatına görə, prezident Orxan Hüseynzadə, vitse-prezident Elnur Eyvazov və baş məşqçi Tərlan Əhmədovun iştirakıyla baş tutan toplantıda bir sıra mühüm qərarlar alınıb.

 

Onların əsas hissəsi qış fasiləsində yola salınması nəzərdə tutulan futbolçularla bağlıdı. Belə ki, Tərzin Cahangirov, Daniel Seqoviya və Matey Mujekin müqaviləsinə xitam verilməsi üçün danışıqlar aparılır.

 

Məqsəd İsayevlə Rahili Məmmədovun da həmçinin. Ola bilər, sonuncular icarəyə verilsin. Rahillə «Səbail»lə «Sabah», Məqsədlə isə «Keşlə» maraqlanır.

 

Tərzinə də «Keşlə» elçi düşüb. Mujekin isə Qazaxıstan variantı var. Pavel Dreksanın icarə müqaviləsini uzatmayan bakılılar Fəhmin Muradbəylini «Səbail»ə icarəyə verməyə hazırlaşır.

 

Tarix: 16 Dekabr 19:03    Oxunub: 613    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.