“Sevgilim məni gözləyir" sözünə görə “Neftçi“dən atıldı

“Neftçi”də icarə əsasında çıxış edən Pavel Dreksanın taleyinə rəsmən aydınlıq gəlib. Paytaxt klubu çexiyalı futbolçunu heyətində saxlamayacaq.


“Ağ-qaralar”la icarə müqaviləsinin müddəti bu ayın sonunda başa çatacaq mərkəz müdafiəçisinə yeni sözləşmə təklif olunmayıb və o, “Karvina”ya qayıdıb.


28 yaşlı legioner “Neftçi”nin heyətinə bu ilin əvvəlində cəlb olunmuşdu. Tərlan Əhmədovun gəlişindən sonra ehtiyata düşən Dreksa Premyer Liqanın cari mövsümündə cəmi 4 oyunda iştirak edib.

 

O da Elxan Abdullayevlə Elşad Əhmədovun dövründə. Yeni baş məşqçi şərqi avropalıya 1 dəqiqə də şans verməyib.

 

Maraqlı gələ bilər ki, əcəba, niyə? Axı Əhmədov digər legionerlərə bu imkanı yaratdığı halda, niyə onu tamamilə hesabdan silsin?


Sual maraq doğurduğu kimi, cavab da ilgincdi. Dreksa E.Abdullayevin qovulmasından sonra məşqlərə barmaqarası yanaşıb, hətta günlərin birində «Sevgilim Bakıya gəlib, indi məni hava limanında gözləyir. Mən təcili ora getməliyəm» söyləyərək, hazırlıq prosesinə çıxmaq istəməyib.

 

Əhmədov məşqdən ayrılmasına icazə verməsə də, hər halda göründü ki, bu hadisə onun qərar verməsi üçün həlledici olub.

Tarix: 16 Dekabr 18:11    Oxunub: 644    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 İyul 2018
15 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.