Cənubi Azərbaycan klubunun ÇL-dəki rəqibləri bəlli oldu

Asiya Çempionlar Liqasının 2018-ci il mövsümünün püşkü atılıb.

 

Sportinfo.az xəbər verir ki, turnirdə İranı təmsil edəcək "Traktorsazi” birbaşa qrup mərhələsindən mübarizəyə qoşulacaq.

 

“Qırmızı qurdlar” A qrupunda BƏƏ-nin “Əl-Cəzirə” və Səudiyyə Ərəbistanının “Əl-Əhli” klublarıyla birgə mübarizə aparacaq.

 

Bu qrupda yer alacaq daha bir komandanın adına isə pley-off oyunlarından sonra aydınlıq gələcək. Asiya qitəsinin ən nüfuzlu klub turnirinin növbəti mövsümü yanvarın 16-da start götürəcək.

 

Turnirə noyabrın 10-da yekun vurulacaq. Qrup mərhələsinə isə fevralda start veriləcək. Asiya Çempionlar Liqasının son qalibi Yaponiyanın “Urava Red Daymonds” klubu olub.

Tarix: 16 Dekabr 17:45    Oxunub: 151    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.