“Bavariya” ilə “Beşiktaş” arasında sözlü “atışma” - FOTO

Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

 

Sportinfo.az xəbər verir ki, tarixi ərzində ilk dəfə qrup mərhələsini birinci pillədə tamamlayan “Beşiktaş” növbəti mərhələdə Almaniya nəhəngi “Bavariya” ilə qarşılaşacaq.

 

Münhen təmsilçisi püşkatmadan sonra türkcə “Merhaba” sözünü yazaraq, hücumçusu Robert Levandovskinin şəklini paylaşıb. Şəklin üzərində isə "We are coming to Beşiktaş" (“Beşiktaş”a gəlirik) sözləri qeyd edilib.

 

“Beşiktaş”ın almanlara cavabı gecikməyib. Belə ki, İstanbul klubu qarşı tərəfin atmacasına “Bizi Timo Vernerdən soruşun…” cavabını verib.

 

 Almaniyanın “Leyptsiq” klubunun hücumçusu olan Verner, “Beşiktaş”la İstanbulda baş tutmuş oyun zamanı azarkeşlərin səs-küyünə dözməyərək, baş məşqçidən əvəzlənməyini istəmişdi.

Tarix: 16 Dekabr 17:32    Oxunub: 192    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.