“Kəpəz”dən hamı yola salınır – Bircə ondan başqa

“Kəpəz”in aşağı yaş qrupları üzrə komandalarında baş məşqçi istefaları yaşanıb. 


Əsas diqqətçəkən dəyişiklik əvəzedicilərdən ibarət kollektivlə bağlıdı.


Belə ki, baş məşqçi Azər Məmmədov postundan kənarlaşdırılıb. Onunla yanaşı, köməkçisi Vasif Vəliyev də komandadan gedib.


Klub rəhbərliyi U-19 komandasının baş məşqçisi Ceyhun Əhmədovu da istefaya göndərib. Onun köməkçisi Fuad İsmayılov da işdən çıxarılıb.


Əvəzedicilərin baş məşqçisi A.Məmmədovun hələ əsas komandanın baş məşqçisi Şahin Diniyev istefa verdiyi vaxt postundan getdiyi barədə xəbərlər yayılmışdı.


Onun və digərlərinin iş yerini itirməsinin səbəbi Diniyevlə yaxın münasibətdə olmalarıdı. Sportinfo.az-ın məlumatına görə, yeni yönətim klubu tamamən köhnə kadrlardan təmizləməyə qərar verib.

 

Yalnız baş mühasib Mənsurə Məmmədova toxunulmazdı. Çünki «Kəpəz»in əl dəyişməsinə gətirib çıxaran bütün kompramatları ortaya çıxaran şəxs odu. 

 

Hətta onun icra başçısının klubdan qovduğu idman direktoru Mehman Allahverdiyevlə qohumluq münastbətləri də burda ayrıcı rol oynamayıb.

Tarix: 16 Dekabr 17:19    Oxunub: 459    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.