FOTO - Yığmalarımızın yeni baş məşqçilərinin adı açıqlandı

Azərbaycan Həndbol Federasiyası qadın və kişilərdən ibarət yığma komandaların yeni baş məşqçilərinin adını açıqlayıb. Sportinfo.az-ın məlumatına görə, millilərimizdən birini yerli, digərini legioner mütəxəssis çalışdıracaq.
 
Belə ki, kişilərdən ibarət komandamızda Hikmət Abdullayev öz işini davam etdirəcək. Ondan fərqli, federasiyada vitse-prezident vəzifəsini daşıyacaq Rəfiqə Şabanova qadınlardan ibarət yığmamızın “sükanı”nı təhvil verib.

 

Millimiz vaxtilə bu komandada və ABU-da işləmiş ukraynalı Georgi Voronova həvalə olunub. Hər iki məşqçinin qarşısına mayın 12-22-də Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında layiqli iştirak tapşırığı qoyulub. 

Tarix: 27 Yanvar 09:00    Oxunub: 237    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.