Şotlandiya klubu "Qəbələ"də icarədə olan futbolçusunu geri alır

"Reyncers" hazırda "Qəbələ"də çıxış edən futbolçusu Endi Hallideyi icarədən qaytara bilər.

 

Sportinfo.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Qlazqo təmsilçisi bunu qış transfer dövründə gerçəkləşdirməyi düşünür.

 

Yeni baş məşqçi Qrem Murti Hallideylə yanaşı, yerli "Sent Conston"da icarədə olan Maykl O Halloranı da geri çağırmaq istəyir.

 

Son 4 oyunda "Reyncers" qələbə qazanaraq, 18 görüşdən 36 xalla 2-ci pillədə qərarlaşıb. 1-ci yer isə 41 xalı olan "Seltik"ə məxsusdu.

 

Hallidey "Qəbələ"yə böyük ümidlərlə gətirildiyi halda, heyətə nadir hallarda düşür. O, cəmi 4 dəfə "qırmızı-qara" formanı geyinib. Şotlandiyalı yarımmüdafiəçinin Azərbaycan klubu ilə icarə müqaviləsi mövsümün sonunadəkdir.

 

Endi Hallidey "Qəbələ"də iyunun 28-dən forma geyinir. "Qəbələ"nin baş meneceri Zaur Əzizov "report"a açıqlamasında Hallideylə bağlı "Reyncers"dən heç bir istəyin olmadığını bildirib.

 

O, qışda komandadan göndəriləcək futbolçunun olmadığını da əlavə edib: "Bizim bütün futbolçularla, o cümlədən, Endi ilə müqaviləmiz var. Futbolçularımızdan hansınısa göndərmək fikrində deyilik. Eləcə də komandamızdan getmək istəyini bizə bildirən olmayıb".

Tarix: 16 Dekabr 15:22    Oxunub: 366    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.