Lionel Messi suriyalı qaçqın qıza nə sürpriz etdi? - VİDEO

"Barselona” və argentinalı ulduzu Lionel Messi 18 yaşlı suriyalı qaçqın Nujeen Mustafanın xəyallarını gerçəkləşdirib.

 

Sportinfo.az xəbər verir ki, klubun sosial media hesablarında bununla bağlı video paylaşılıb. Suriyada başlayan vətəndaş müharibəsi səbəbindən 2015-ci ildə ölkəsinin tərk edən Nujeen Almaniyaya sığınıb.

 

Fiziki qüsurlu olan Nujeenin başına gələnləri böyük britaniyalı jurnalist Kristina Lamb qələmə alaraq kitablaşdırıb.

 

“Barselona” klubunun futbolçularını daşıyan avtobus Nujeeni Köln şəhərində götürərək İspaniyaya gətirib. Nou Kampda “Barselona” “Selta Viqo” oyununu izləyən qıza Nujeen yazılı forma hədiyyə edilib.

 

Daha bir sürpriz isə Messi, İniesta, Suarez və Pikenin onunla görüşməsi olub. Ulduz futbolçularla şəkil çəkdirən qız “Həyatımın ən gözəl gününü yaşayıram. Bu böyük sürpriz üçün “Barselona” və Messiyə çox təşəkkür edirəm”,-deyə bildirib.

 

 

Tarix: 16 Dekabr 15:09    Oxunub: 167    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.