Qurban Qurbanovun miilliyə rəsmi təyinatı niyə yubanır?

AFFA İcraiyyə Komitəsinin dekabrın 20-də baş tutacaq yekun iclasının gündəliyi dəqiqləşməyib.

 

Sportinfo.az xəbər verir ki, siyahı bazar ertəsi müəyyənləşəcək.

 

Toplantının əas məsələsi milli komandalara məşqçi təyinatları ilə bağlıdı - yeni heyət komitədə təsdiqlənməlidi. Qurban Qurbanov, eləcə də digər məşqçilər rəsmən həmin gün işə başlayacaq.

 

Gündəlikdəki digər məsələlərə gəlincə, yəqin ki, danışılmış oyunlarla bağlı ciddi müzakirələr olacaq. Məlum cəzalardan sonra İK-nın məsələyə biganə qalması mümkünsüzdü.

 

Olayların alovlanmasının səbəbkarı Zaur Axundovun da iclasda olacağını nəzərə alsaq, problem yenidən qabardılmalıdı.

 

Yeri gəlmişkən, dekabrın 20-də AFFA-nın yubiley tədbiri də keçirilməliydi. Amma qurum öz yubileyini növbəti dəfə təxirə salıb. Həmin günün qeyd olunub-olunmaması da məhz komitənin iclasında müəyyənləşəcək.

Tarix: 16 Dekabr 14:43    Oxunub: 301    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.