“Sən çox danışır, az hərəkət edirsən” üstündə dava

İngiltərə Premyer Liqasının 16-cı turunda keçirilən “Mançester Yunayted” - “Mançester Siti” qarşılaşmasından (1:2) sonra dava-dalaş olduğu barədə məlumat vermişdik.

 

Dava-dalaşda 20-yə yaxın futbolçu və klub rəsmisi iştirak etmişdi. “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo da davanın iştirakçısı olmuşdu.

 

Sportinfo.az xəbər verir ki, İngiltərə mətbuatı davanın Zlatan İbrahimoviçə görə baş verdiyini yazıb. Qarşılaşmadan sonra “Mançester Siti”nin futbolçuları xorla “İbra, sən çox danışır, az hərəkət edirsən” qışqırıblar.

 

Məhz bu atmacadan sonra əsəblərin tarıma çəkildiyi iddia olunur. Artıq İngiltərə Futbol Assosiasiyası insidentlə bağlı araşdırmalara başlayıb.

Tarix: 16 Dekabr 14:17    Oxunub: 310    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.