Maşını ilə adam öldürən klub prezidenti ölkədən qaçdı

"Karpatı"nın prezidenti Pyotr Dıminski barəsində axtarış elan olunub.

 

Sportinfo.az xəbər verir ki, 63 yaşlı funksioner ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinir.

 

O, hələ araşdırmaların başlandığı vaxt ölkənin hüdudlarını tərk edib və hazırda hüquq-mühafizə orqanlarından gizlənir.

 

Avqustda Lvov yaxınlığında "Mercedes S 65 AMG" markalı avtomobilin "Opel"lə toqquşması nəticəsində bir qadın ölüb. İstintaqçıların versiyasına əsasən, həmin vaxt qəza törədən maşının sükanı arxasında yol hərəkəti qaydalarını pozan şəxs Dıminski olub.

 

Lakin biznesmenin mühafizəçisi maşını məhz özünün sürdüyünü iddia edib. O, 2 aylıq həbs cəzası alsa da, təhqiqatçılar faciənin günahkarının klub prezidenti olduğunu bildiriblər.

 

Funksioner sorğu-suala çağırılıb və ondan DNT analizi verməsi tələb olunub. Lakin istintaqın gedişində Dıminski çağırışlara məhəl qoymadan İsveçrənin Cenevrə şəhərinə uçub.

 

Müəyyən olunub ki, avtomobilin sükanı arxasında, qəzaya görə məsuliyyəti üzərinə götürmüş klub prezidentinin mühafizəçisi olmayıb. 

Tarix: 16 Dekabr 14:04    Oxunub: 168    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.