“Qəbələ”nin yeni məşqçisi kim olacaq?

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində görüşlər keçirilib. “Qəbələ” 2017-ci ildə son rəsmi matçına çıxıb. “Qırmızı-qaralar” səfərdə “Səbail”lə görüşüb.

 

Roman Qriqorçukun yetirmələri evdə keçirilən ilk oyunda 1:0 hesabı ilə qalib gəlsə də, paytaxtdakı matça da qələbə iddiası ilə başlayıb. Ukraynalı mütəxəssis 4 gün əvvəlki ilk görüşlə müqayisədə start “11-liy”ində dəyişikliyə ehtiyac duymayıb.

 

Matç “Qəbələ”nin hücumları ilə başlayıb. Komandamız bir neçə təhlükəli həmlə təşkil etsə də, hesabı meydan sahibləri açıb. Sürətli əks-hücum Adrian Popoviçinin fərqlənməsi ilə başa çatıb.

 

Lakin bakılıların üstünlüyü çox sürməyib. Filip Ozobiç cari mövsüm kubokda 4-cü qolunu vurub – 1:1. Fasilə ərəfəsində isə komandamız hesabda önə keçməyi də bacarıb. Meydan sahiblərini Ruslan Qurbanov məyus edib.

 

İkinci hissəyə meydan sahibləri fəal başlayıb. “Qırmızı-qaralar” rəqibin həmlələrinin qarşısını alıblar və fərqi artırmağa da nail olublar. Komandamızın 3-cü qoluna Famussa Kone imza atıb. Oyunun sonunadək azarkeşlər daha 2 qol izləyib.

 

Öncə Baqali Dabo fərqi 3 topa çatdırıb. Amma bakılılar böyükhesablı məğlubiyyətdən qaça biliblər. Elman Taqayev matçda son qolu vurub.

 

Beləliklə, 4:2 hesablı qələbə qazanan “Qəbələ” yarımfinala yüksəlib. Bu mərhələdə “qırmızı-qaralar”ın rəqibi “Neftçi” olacaq. “Qırmızı-qaralar” aprelin 11-də ev, 18-də səfər matçına çıxacaq.

 

Roman Qriqorçuk: “Qələbə bizi növbəti mərhələyə çıxardı. İlk yarını pozitiv, xoş əhval-ruhiyyədə bitirdik. Tətilə xoş hisslərlə gedirik. Futbolçularımı təbrik etdim. Kim gələcək, kim gedəcək, bu barədə nə isə demək mümkün deyil.

 

Hələ ki, bütün oyunçular bizimlədir. Deməzdim ki, rəqibə ciddi yanaşmamışdıq. Sadəcə, autdan bir top atdılar və səhvə yol verdik. Millidə çalışacaq Ramin Quliyevi məşqçilər korpusunda kimin əvəz edəcəyi hələlik bəlli deyil”

 

Səbail” – “Qəbələ” 2:4

“Bayıl Arena”, 250 tamaşaçı  

Baş hakim: İnqilab Məmmədov

Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Nahid Əliyev         

Dördüncü hakim: Nail Nağıyev   

AFFA nümayəndəsi: Elçin Məmmədov   

Hakim-inspektor: Məhəmməd Məmmədov   

Sarı vərəqələr: Vüqar Nadirov 37 (qeyri-idman hərəkəti) // Ruslan Qurbanov, 24 (qeyri-idman hərəkəti); Famussa Kone, 59 (qeyri-idman hərəkəti); Urfan Abbasov, 77 (qeyri-idman hərəkəti) 

Qollar: Adrian Popoviçi, 16; Elman Taqayev, 78 // Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44; Famussa Kone, 56; Baqali Dabo, 75 

Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 2 dəq.

İlk oyun - 0:1

 

“Səbail”

1. Emil Balayev

3. Tamazi Tsetsxladze

6. Murad Ağayev

10. Nurlan Novruzov

13. Murad Musayev

17. Vüqar Nadirov

(98. Kamran Əliyev, 59)

18. Adrian Popoviçi

20. Eltun Yaqublu (k)

23. Ayron Stati

(26. Kamal Qurbanov, 57)

66. Pərviz Qaraxanov

(11. Elman Taqayev, 69)

99. Maudo Jarjue

Ehtiyat oyunçular:

25. Elxan Əhmədov

5. Seymur Əsədov

9. Raul Yaqubzadə

14. Yamin Ağakərimzadə

77. Təyyar Məmmədov

88. Orxan Qurbanlı

Baş məşqçi: Samir Əliyev

 

“Qəbələ” 

22. Dmitri Bezotosnı

3. Voislav Stankoviç

8. Qismət Alıyev

9. Baqali Dabo

10. Ruslan Qurbanov

(18. İlqar Qurbanov, 76)

11. Asif Məmmədov

(17. Roman Hüseynov, 78)

14. Cavid Hüseynov (k)

(4. Elvin Camalov, 61)

19. Filip Ozobiç

28. Stiven Monroz

34. Urfan Abbasov 

45. Famussa Kone

Ehtiyat oyunçular:

23. Aqil Məmmədov

35. Murad Popov

5. Rasim Ramaldanov

6. Elvin Məmmədov

12. Endi Hallidey

15. Vitali Vernidub

21. Deyv Bultuis

29. Hacıağa Hacıyev

90. Ekiqo Ehiosun

Baş məşqçi: Roman Qriqorçuk

Tarix: 16 Dekabr 11:54    Oxunub: 510    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 İyul 2018
15 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.