Müqavilə şərtlərinə əməl etmədi, əməkdaşlığa son verildi

“Lill” baş məşqçisi Marselo Byelsa ilə yolları ayırıb.

 

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi argentinalı mütəxəssislə müqaviləni ləğv edib.

 

Klubdan verilən məlumatda bildirilir ki, Byelsa müqavilə şərtlərinə əməl etmədiyi üçün onunla əməkdaşlığa son verilib.

 

O, “Lill”ə cari mövsümün əvvəlindən rəhbərlik edirdi. 62 yaşlı mütəxəssis noyabr ayında vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırılmışdı.

 

“Lill” onun rəhbərliyi altında olduqca zəif çıxış edib və hazırda Fransa çempionatında 19-cu pillədə qərarlaşıb.

Tarix: 16 Dekabr 11:41    Oxunub: 87    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.