"Neftçi" ilə oyun 1 həftə sonra baş tutsaydı, "qırğın" olacaqdı"

"Qəbələ" Azərbaycan kubokunun 1/4 final mərhələsində "Səbail"ə 4:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

 

Sportinfo.az xəbər verir ki, matçdan sonra "qırmızı-qaralar"ın kapitanı Cavid Hüseynov jurnalistlərə müsahibə verib. Təcrübəli yarımmüdafiəçi öncə qələbə haqda danışıb:

 
- İlk oyunda 1:0 hesablı qələbə qazanmışdıq. Bilirdik ki, çətin olacaq. Hesab bərabər olanda narahatlıq yaranmışdı. Ancaq şükürlər olsun ki, oyunun axarını dəyişə bildik və mərhələ adladıq.
 
Ancaq “Qəbələ” qalib gələcəyinizə inanırdı. Çətinlik çəkdiyiniz demək olmaz...
- İlk oyunda da belə deyirdilər. Sistemimizdə ədyişiklik olmuşdu. Sistemimiz buna imkan verir ki, meydanda topla rahat rəftar edək. Bura rahat gəlməmişdik.
 
Belə hesabın qeydə alınacağını gözləyirdin?
- Hesab barədə düşünməmişdim. Məncə, bu, ədalətli nəticədir.
 
Roman Qriqorçuk narazı görünürdü...
- Bizimlə söhbətində heç nə demədi. O, həmişə tələbkardır. Futbolçunun ad-sanı onun üçün önəmli deyil. Daha çox istəyir ki, uğur qazanaq. Həmişə ki, Qriqorçukdur. Qeyri-adi nəsə görmürük.
 
Yarımfinalda “Neftçi” ilə qarşılaşacaqsınız. Rəqibiniz son zamanlar inkişafdadır. “Qəbələ”nin finala yüksəlmək şanslarnı necə dəyərləndirirsiniz?
- İndi istirahətə gedirik. Daha sonra isə təlim-məşq toplanışında olacağıq. Ən önəmli olan futbolçuların toplanışdan hansı formada qayıtmasıdır. Biz də, “Neftçi” də hazırda yaxşı formadadır. Rəqibimiz inamını qaytarıb. “Neftçi”də psixoloji cəhətdən vəziyyət qaydasındadır. Şükürlər olsun ki, bizdə də hər şey yaxşıdır. Əgər oyun 1 həftə sonra baş tutsaydı, deyərdim ki, “qırğın” olacaqdı. Amma toplanışdan sonra hansı formada olacağımızı bilmirəm. 2 ay fasilə var.
 
Növbəti “Qarabağ” – “Qəbələ” finalının olmasını istəyirsiniz?
- İstəməklə deyil. Olacaqsa, lap yaxşı. Bu mərhələni keçək, sonra fikirləşərik.
 
-Qəbələ”nin qışda güclənməsinə lüzum var?
- Düşünürəm ki, bəli.
 
Hansı mövqeylərin güclənməsi vacibdir?
- Futbolçu kimi buna cavab vermək istəməzdim. Baş məşqçimiz problemlərimizi bilir.
 
İl başa çatır. 2017-ci ildə “Qəbələ”nin ən yaxşı oyunçusu səncə, kimdir?
- Kiminsə adını çəksəm, digərlərini unuda bilərəm. Məsələn, Filip Ozobiçi deyə bilərəm.
 
Jurnalistlər arasında keçirilən sorğuda ölkəmizdə ilin futbolçusu Rəşad Sadıqov seçildi. Buna münasibətin necədir?
- Rəşad bizim kapitanımızdı. O, həmişə ən yaxşılardandı.
 
Yığmamız Qurban Qurbanovun rəhbərliyi altında ilk görüşünü Gürcüstan millisnə qarşı keçirəcək. Rəqib seçimi barədə nə düşünürsən?
- Düşünürəm ki, yaxşı seçimdir. Gürcüstan yığması bizə layiq komandadır. Qurban Qurbanov bu matçda kimin hansı vəziyyətdə olduğunu görə bilər. Məncə, baş məşqçi bu oyundan istədiyini ala bilər.
Tarix: 16 Dekabr 11:15    Oxunub: 223    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.