Murad Dadaşov Leonid Yakuboviçə "Qarabağ"ın futbolkasını bağışladı - VİDEO

Rusiyanın "Birinci kanal”ında yayımlanan “Pole çudes” verilişinin dekabrın 15-dəki buraxılışı Beynəlxalq çay gününə həsr olunub.

 

Sportinfo.az xəbər verir ki, verilişin əsas sponsoru "Azərçay" ticarət markası olduğundan proqram boyu da faktiki olaraq Azərbaycandan danışılıb.

 

Azərbaycan kompozisiyaları səslənib. Proqramın iştirakçılarından biri şoumen və televiziya aparıcısı Murad Dadaşov olub. "Superoyun”da da məhz o qalib gəlib.

 

Efir zamanı Murad Dadaşov “Pole çudes”in aparıcısı Leonid Yakuboviçə müxtəlif mürəbbə növləri, Azərbaycan nefti, Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın oynadığı topu və komandanın oyunçularının imzaladığı xüsusi futbolkanı hədiyyə edib.

 

Yeri gəlmişkən, Leonid Yakuboviç özü də "Qarabağ"ın oyunlarında olub. O, sonuncu dəfə oktyabrın 18-dəki qarşılaşmanı, hansında ki, Ağdam klubu "Atletiko-Madrid”i qəbul edirdi, izləyib...

 

Oktyabrın sonunda efirə gedən “Pole çudes” verilişində erməni dilində “Can Qarabağ” mahnısı səsləndirilmişdi.

 

Həmin verilişdə Xankəndini Georgi Qasparyan təmsil etmişdi. O, barabanda hədiyyə sektoruna düşmüş, hədiyyəsini alandan sonra isə oxumaq istədiyini bildirmiş və “Can Qarabağ “mahnısını ifa etmişdi.

 

Baxmayaraq ki, Yakuboviç efir zamanı Azərbaycan brendini iki dəfə reklam etmişdi, erməninin həmin çıxışı Azərbaycanda kəskin reaksiyaya səbəb olmuşdu.

 

“Azərsun Holdinq” şirkətinin rəsmisi də “Azərçay”ın sponsor olduğu “Pole çudes”də erməni separatçılarının mahnısının efirə getməsindən dərhal sonra verilişin aparıcısı Leonid Yakuboviçlə əlaqə saxlamış və ciddi etiraz bildirmiıdi.

 

Hadisəyə aydınlıq gətirən Leonid Yakuboviç isə bunun təsadüf olduğunu demişdi: “Bu, qonağın öz təşəbbüsü idi. Mən erməni dilini bilmirəm və bu səbəbdən heç nə başa düşməmişəm”.

 

Öz növbəsində “Birinci kanal”ın rəhbərliyi verilişin bu hissəsinin YouTube portalından silinəcəyinə və insidentə görə günahkar əməkdaşların cəzalandırılacağına söz vermişdi.

 

Bundan əlavə, “Pole çudes” verilişinin dekabrın 15-də yayımlanacaq efirində Azərbaycan və Qarabağla bağlı dəqiq və ətraflı məlumatlar veriləcəyi bildirilmişdi...

 

 

Tarix: 16 Dekabr 11:02    Oxunub: 265    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.