“Qarabağ”a “torba tikənlər”dən biri

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qarabağ” – “Sumqayıt” qarşılaşmasının taleyinin həll olunmasında müdafiəçilərin böyük rolu oldu.


Ağdamlıların 2:1 hesablı qələbə qazandığı ilk oyunda “kimyaçılar”ın yeganə qolunun əsas səbəbkarı – Rəşad Eyyubova “assist” edən meydan sahiblərinin müdafiəçisi Yakub Jezniçak olmuşdu.


Məhz onun səhvindən sonra “Sumqayıt” cavab oyunu üçün ümid verən səfər qolunu vurmuşdu.


Polşalı ikinci oyunda da komandasının əsas “torbatikənlər”indən biri oldu. Bu dəfə də müdafiədə səliqəsiz oynayan Kuba Kamal Mirzəyevin fərqlənməsinə şərait yaratdı.


Ancaq bütün bu hallarla yanaşı matçdakı bir digər müdafiəçi – "Sumqayıt"ın stoperi Rail Məlikovun əməyini də qeyd etməliyik.

 

Məhz Railin cavab oyununun 33-cü dəqiqəsində Mahir Mədətovun baş zərbəsini boş qapıdan çıxarması ümumi qələbədə ən az Rəşad Eyyubovun, Kamal Mirzəyevin və Amil Yunanovun qolları qədər həlledici oldu.


Yeri gəlmişkən, Jezniçak olduqca fəal olduğu sosial şəbəkədə “Qarabağ”ın qış fasiləsindəki təlim-məşq toplanışı planını tənqid edərək 27 günlük toplanışın çox uzun müddət olduğunu deyib.


Görünən odu ki, Jezniçakın komandaya uyğunlaşması və tam oturuşması üçün nəinki 27, daha neçə 7 günlər lazım olacaq.


Qeyd etmək lazımdı ki, Kuba “Qarabağ”a təzə gələndə xüsusilə də Çempionlar Liqasında çox əla oynayırdı.

 

Ancaq heyətdən kənarda qalması, ya da Azərbaycan çempionatını (kubokunu) ciddiyə almaması yekunda belə nəticələr yaratdı.


P.S. “Sumqayıt”ı təbrik edirəm. Əla mübarizə apardılar və layiqli nəticə qazandılar.


Zaur Xudiyev

Tarix: 16 Dekabr 10:10    Oxunub: 476    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.