Ziya Əzizov oynamadı, komandası “Fortuna Sittard”a uduzdu

Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 18-ci turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda “Fortuna Sittard” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:4.

 

Əzizov bu görüşün iştirakçısı olmayıb. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib. "Den Boş" hazırda 27 xalla 20 klub arasında 8-ci pillədə qərarlaşıb.

Tarix: 16 Dekabr 09:57    Oxunub: 138    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.