Ramin Musayev pulsuzluqdan şikayətləndi: "Büdcəmizdə "qırmızı işıq" yanır"

“Sumqayıt” Azərbaycan kubokunun ¼ final mərhələsində “Qarabağ”a 2:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
 
Sportinfo.az xəbər verir ki, oyundan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb. 
 
- Baxımlı, əzmkar oyun oldu. “Sumqayıt” layiqli qələbə qazandıq. Baxmayaraq ki, komandanın baş məşqçisi Samir Abasov ölkə hüdudlarından kənardadır. Ona işiylə bağlı uğurlar diləyirəm.
 
Bu nəticəni gözləyirdiniz?
- Desəm ki, gözləyirdim, inanmayacaqsınız. Amma bunu gözləyirdim. Hətta Əmrəh Çəlikəllə bura gələndə dedim ki, baxmağa da dəyməz (gülür).
 
“Sumqayıt”ın paltardəyişmə otağına daxil olanda səs-küy qopdu. Nə baş verirdi?
- Komandanı təbrik elədim. Hamısı yerli futbolçularımızdı.Təbrik etmək ixtiyarımız yoxdur?
 
Adətən belə səs-küy mükafat veriləndə olur...
- Mükafat üçün pul var? Olsa verərəm (gülür). Pul olsa, böyük məmnuniyyətlə verərdim. Amma maddi sıxıntılar var. Büdcəmizdə qırmızı işıq yanır.
Tarix: 16 Dekabr 09:18    Oxunub: 172    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.