"Ronaldonun bu sözləri deyilməsi lazım olmayan sözlərdi"

“Bavariya”nın futbolçusu Xames Rodriges sabiq komanda yoldaşı, “Real”ın lideri Kriştiano Ronaldonun sözlərinə münasibət bildirib.

 

Sportinfo.az xəbər verir ki, Ronaldo bir müddət əvvəl mətbuata verdiyi açıqlamada bildirimişdi ki, “Real”da Xames, Pepe, Morata kimi futbolçular çatışmır.

 

Rodriges “Bavariya”da icarə əsasında çıxış edir. Onun transfer hüququ “Real”a məxsusdu. Rodriges deyib ki, Ronaldo belə sözləri deməməliydi:

 

“Real” eniş dövrü yaşayır. Ronaldonun bu sözləri, deyilməsi lazım olmayan sözlərdi. Hesab edirəm ki, “Real”ın heyətində olduqca güclü futbolçular var.

 

Onlar uğur əldə etməyə qadirdilər. Komanda bu situasiyadan mütləq çıxacaq, çünki heyətdə çox güclü futbolçular var. Mən Madriddə əla komanda yoldaşları və dostlar qoyub gəlmişəm. İmkan olanda onların oyununu izləyirəm”.

Rodriges “Bavariya”da icarə əsasında çıxış edir. Onun transfer hüququ “Real”a məxsusdu.

 

Tarix: 16 Dekabr 09:05    Oxunub: 199    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.