"Deyirdilər ki, Premyer Liqada “Barselona” kimi futbol oynamaq mümkün deyil"

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 16-cı turunda “Mançester Yunayted”lə keçirilən oyundan (2:1) sonra fikirlərini bildirib.

 

Sportinfo.az xəbər verir ki, Qvardiola İngiltərədə “Barselona” kimi futbol oynamağın mümkün olduğunu sübut etdiklərini deyib. O, özünəinamın yüksək olduğuna görə qalib gəldiklərini vurğulayıb:

 

“Biz İngiltərədə də belə futbol oynamağın mümkün olduğunu göstərdik. İnsanlar deyirdilər ki, Premyer Liqada “Barselona” kimi futbol oynamaq mümkün deyil. Ancaq biz sübut etdik ki, bu, mümkündü.

 

Mən hələ ötən mövsüm bilirdim ki, belə oynaya bilərik. Həmişə fikirləşirdim ki, bunu bacaracağıq. Hər kəs istədiyi kimi oynaya bilər. Futbol elə buna görə gözəldi.

 

“Stemford Bric”də, “Old Trafford”da belə futbol oynayıb, qalib gəlmək xoşbəxtlikdi. Bu qələbə göstərdi ki, bizdə özünəinam hissi yüksəkdi”.

 

Ancaq onu da bilirik ki, qarşıda böyük çətinliklərlə üzləşəcəyik. Dekabrda çempion olmaq mümkün deyil. Amma hələ ki, hər şey qaydasında gedir”.

Tarix: 16 Dekabr 00:50    Oxunub: 204    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.