Qışda heyətə cəlb etmək üçün 25 milyon avro ödəməyə razı oldu

“Real” qış transfer pəncərəsi zamanı yeni qapıçı alacaq.

 

Sportinfo.az xəbər verir ki, “kral klubu” Bilbao “Atletik”inin qapıçısı Kepa Appisabalaqa ilə anlaşıb.

 

“Marca”nın verdiyi məlumata görə, klub rəhbərliyi qapıçını transfer etmək üçün 25 milyon avro təklif edib.

 

Kepanın transfer qiyməti 20 milyon avro olub. Ancaq “Real” onu yayda yox, qışda heyətə cəlb etmək üçün 25 milyon avro ödəməyə razı olub.

 

Məlumata görə, transfer əməliyyatı Klublararası dünya çempionatından sonra tam başa çatdırılacaq. Kepanın “Real”la 6 illik müqavilə bağlayacağı bildirilir. Qapıçının “Atletik”lə qüvvədə olan müqaviləsi 2018-ci ilin yayında başa çatır.

Tarix: 16 Dekabr 00:40    Oxunub: 153    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Aprel 2018
19 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.