"O, bizim böyük qardaşımızdı"

Azərbaycan kubokunun 1/4 final mərhələsində cavab oyunlarının son qarşılaşması keçirilib. Sumqayıtda keçirilən qarşılaşmada “Sumqayıt” “Qarabağ”ı qəbul edib.

 

Oyun meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə yekunlaşıb. Bu nəticə ilə "Sumqayıt" 1/4 finala yüksəlib.

 

Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Sumqayıt”ın məşqçisi Seymur Rəhimov matç haqda danışıb:

 

- Çox maraqlı oyun alındı. Böyük komandaya qarşı oynayırdıq. Futbolçulara təşəkkür edirəm. Canların qoydular. Azarkeşlərimizə təşəkkür edirəm. Qurban müəllimin də işinə uğurlar arzulayıram. O, bizim böyük qardaşımızdı.

 

Futbolçuar “Qarabağ”dan çəkinmirdi...

- Komandamız gənclərdən ibarətdir. Əzmkarlıq var. Motivasiya etməyimiz işə yaradı.

 

Samir Abasovla danışdınızmı?

- Xeyr, onunla danışmamışam.

 

Sizcə, oynunun ən yaxşısı kim idi?

- Bütün futbolçularım yaxşı idi. Mehdi Cənətovdan tutmuş, Xəyal Nəcəfova qədər. Bundan sonra kubok daha maraqlı olacaq. Bu qələbə daha çox Samir Abasovun zəhmətinin bəhrəsidir.

 

Yarımfinalda “Keşlə” ilə qarşılaşacaqsınız. Onlar da fasilədə heyəti gücləndirəcək. Final şansınızı necə qiymətləndirirsiniz?

- Hələ yolumuz uzundu. Düşünürəm ki, yaxşı olacaq. “Keşlə”yə də uğurlar arzulayırıq. Biz də əlimizi aşağı salmayacağıq.

Tarix: 16 Dekabr 00:30    Oxunub: 304    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.