Son döyüşündə geyindiyi xalat hərracda 215 min dollara satıldı

Ukraynalı peşəkar boksçu Vladimir Kliçkonun karyerasında sonuncu döyüşü zamanı geyindiyi xalat hərracda 215 min dollara satılıb. 

 

Sportinfo.az xəbər verir ki, 41 yaşlı idmançı bu barədə şəxsi “Twitter” hesabında yazıb.

 

V.Kliçkonun britaniyalı Entoni Coşua ilə döyüş zamanı geyindiyi xalatın satışından əldə olunan vəsait xeyriyyəçiliyə yönəldiləcək. Bu missiyanı isə “Kliçko Fondu” yerinə yetirir.

 

Vladimir Kliçko bu ilin avqustunda peşəkar boksçu karyerasını bitirdiyini açıqlayıb. O, superağır çəkidə Ümumdünya Boks Təşkilatının (WBO, 2000-2003, 2008 - 2015), Beynəlxalq Boks Federasiyasının (IBF, 2006 - 2015), Ümumdünya Boks İttifaqının (WBA, 2011 - 2015) versiyalarına əsasən çempion olub.

 

Ukraynalı boksçu 2015-ci ilin noyabrında britaniyalı Tayson Fyuriyə uduzub və 3 dünya çempionu titulunu itirib. Vladimir Kliçko son döyüşünü bu il aprelin 27-də Entoni Coşuaya qarşı keçirib və 11-ci raundda texniki nokautla məğlub olub. O, karyerası ərzində 53-ü nokautla olmaqla, 64 görüşdə qalib gəlib və 5 dəfə uduzub. 

Tarix: 16 Dekabr 00:10    Oxunub: 229    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.