"Forbes" dünyanın ən varlı idmançılarının adlarını açıqladı

"Forbes" nəşrinin açıqladığı bütün dövrlərin ən varlı idmançılarının siyahısında amerikalı basketbolçu Maykl Cordan birinci olub. 

 

Sportinfo.az xəbər verir ki, reytinqə əsasən, amerikalı idmançı karyerası dövründə 1,85 mlrd. ABŞ dolları qazanıb.

 

M.Cordan Milli Basketbol Assosiasiyasının əfsanəvi oyunçusu hesab olunur. İdmançı “Çikaqo Bullz” (1984-1993, 1995-1998), “Vaşinqton Uizards” (2001-2003) komandalarında çıxış edib.

 

O, ikiqat olimpiya çempionudu. Reytinqdə qolfçu Tayqer Vuds ikinci (1,7 mlrd. dollar), Arnold Palmer isə üçüncü (1,4 mlrd. dollar) olub.

 

Futbolçular arasında ən varlı 800 mln. dollar gəliri ilə İngiltərə yığmasının eks-futbolçusu Devid Bekhem seçilib və o, siyahıda beşinci olub.

 

Portuqaliyalı futbolçu Kriştiano Ronaldu isə reytinqdə 12-ci (725 mln. dollar), argentinalı futbolçu Lionel Messi 16-cı (600 mln. dollar) yerdə qərarlaşıb. Ümumi siyahıda cəmi 25 nəfər idmançı yer alıb. 

Tarix: 16 Dekabr 00:00    Oxunub: 106    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.