"Biz heç kimi boğazından yapışıb saxlamırıq, ona gülürük."

“Milan”ın idman direktoru Massimiliano Mirabelli komandanın qapıçısı Canuici Donnarumma ilə bağlı yaşanan transfer söz-söhbətinə münasibət bildirib.

 

Sportinfo.az xəbər verir ki, Mirabelli qapıçının agenti Mino Rayolanı kəskin tənqid edib. O, qapıçını satmayacaqlarını da vurğulayıb:

 

“Bu məsələdə bizim mövqeyimiz aydındı: heç kimi satmırıq! Futbolçu getmək istəyirsə, onda ilk növbədə bizə məlumat verməlidi.

 

Ondan sonra isə onu almaq istəyən klub bizim tələblərimizi yerinə yetirməlidi. Biz heç kimi boğazından yapışıb saxlamırıq.

 

Mənim Rayola ilə görüşüm planlaşdırılmayıb. Donnarummanın “Milan”la 2021-ci ilə qədər müqaviləsi var. Mən Rayola ilə nəyi müzakirə etməliyəm?

 

Qapıçımızı satmaq niyyətində deyilk. O, getmək istəsəydi, bizə məlumat verərdi. Amma bu barədə bizə heç nə deməyib. O, “Milan”ı sevir.

 

Rayola artıq şoumenə çevrilir. Biz Cicini ondan qorumalıyıq. Biz bu şoumenə gülürük. Ancaq o, sadə yolla aralanmayacaq”.

Tarix: 16 Dekabr 01:00    Oxunub: 191    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.