LAYİHƏ: U-17 Liqası: "Qəbələ"dən növbəti qələbə

15-ci turun təqvimi məlumdu

 

Bu gün U-17 Liqasında 12-ci turdan təxirə düşmüş 1 oyun keçirilib.

 

«Qəbələ» Qəbələ şəhər stadionunda «Neftçi» İK İB-ni qəbul edib. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

 

Qarşılaşmada yeganə qolu Məhəmməd Məhərrəmov vurub. Qələbə sayəsində əyalət təmsilçisi 2-ci yerdəki «Keşlə» ilə xal fərqini 8-ə çatdırıb.

 

«Qəbələ» - «Neftçi» İK İB oyunu keçirilərkən «Bakcell U-17 Liqası»nda 15-ci turun təqvimi məlum olub. Bütün oyunlar dekabrın 18-də keçiriləcək. Çətin qələbədən sonra lider Lənkərana səfər edəcək.

 

12:00 «Xəzər Lənkəran» - «Qəbələ» (Lənkəran şəhər stadionu)

13:00 «Zirə» - «Kəpəz» (Aviasiya Akademiyasının stadionu)

13:00 «Neftçi» - «Sumqayıt» (Binə qəsəbə stadionu)

13:00 «Keşlə» - «Neftçi» İK İB («İnter Arena», 4-cü meydan)

14:00 «Səbail» - «Mil Muğan» («Bayıl Arena»)

14:00 «Ağsu» - «Qarabağ» (Ağsu şəhər stadionu)

 

Bombardirlər: Nicat Musayev («Neftçi») – 18 qol, Bayram Vəliyev («Səbail») – 13 qol.

 

Sportinfo.az

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

 

 
 

 

Tarix: 15 Dekabr 23:23    Oxunub: 148    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Yanvar 2018
21 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.