Özil “Barsa” ilə razılığa gəldi

“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil “Barselona” ilə razılığa gəlib.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı “Barsa”ya yaxınlığı ilə tanınan “Sport” nəşri yayıb.

 

Xəbərdə Kataloniya klubunun futbol meneceri Pep Sequranın Özilin meneceri Erkut Söğüt ilə görüşərək, razılığa gəldiyi qeyd edilib.

 

Barselona şəhərində baş tutan görüşdə Söğütün Sequraya “Arsenal”ın qışda Özilə görə yüksək məbləğ tələb edəcəyini dediyi vurğulanıb.

 

“Arsenal” cari mövsümdə Çempionlar Liqasında çıxış etmədiyindən, almaniyalı futbolçu “Barsa”ya keçəcəyi təqdirdə, qitənin ən nüfuzlu klub turnirində oynaya biləcək.

 

Məsutun “Arsenal”la müqavilə müddəti mövsümün sonunda başa çatacaq. Özilin transferinin Kataloniya klubu üçün ən azı Felipe Koutinyonun keçidi qədər önəmli olduğu vurğulanıb.

Tarix: 15 Dekabr 19:24    Oxunub: 321    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 İyul 2018
15 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.