Ronaldonu almaq istəyən klub 1 milyard avro ödəməlidi

Kriştiano Ronaldo ilə “Real”ın prezidenti Florentino Peresin münasibətləri pisləşib.

 

Sportinfo.az xəbər verir ki, Roanldo Peresin “qızıl top”un mükafatlandırma mərasimindən sonra dediyi sözlərdən inciyib.

 

Peres demişdi ki, Neymar “Real”da oynasaydı, “qızıl top”u qazanmaq şansı daha çox olardı. Prezidentin bu sözləri portuqaliyalı futbolçunun xətrinə dəyib. O, “Real”ı tərk etmək istəyir.

 

Məlumata görə, Ronaldonun meneceri Jorje Mendeş klub rəhbərliyinə müraciət edərək, futbolçu üçün tələb olunan kompensasiyanın aşağı salınmasını istəyib.

 

Tərəflər arasında imzalanan müqaviləyə əsasən, Ronaldonu almaq istəyən klub bir milyard avro ödəməlidi.

Tarix: 15 Dekabr 19:12    Oxunub: 253    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 İyul 2018
15 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.