"Kim gələcək, kim gedəcək, bu barədə nə isə demək mümkün deyil".

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qəbələ” səfərdə “Səbail”i 4:2 hesabıyla məğlub edib. Evdə keçirdiyi ilk matçda 1:0 hesabıyla qalib gələn “qırmızı-qaralar” yarımfinala vəsiqə qazanıb. 

 

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında  sualları cavablandırıb. Ukraynalı mütəxəssis əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bildirib:

 

- Qələbə bizi növbəti mərhələyə çıxardı. İlk yarını pozitiv, xoş əhval-ruhiyyədə bitirdik. Tətilə xoş hisslərlə gedirik. Futbolçularımı təbrik etdim.

 

Endi Hallidey son vaxtlar az şans qazanır. Qış fasiləsində onun göndərilmək ehtimalı var?
- Hazırda bu barədə nə isə deyə bilmərəm. Kim gələcək, kim gedəcək, bu barədə nə isə demək mümkün deyil. Hələ ki, bütün oyunçular bizimlədi. 

 

Birinci oyunda çox qol vəziyyəti yaratsaz da, cəmi bir qol vura bildiz. Bu gün isə ilk qolu siz buraxdız. Bu, rəqibi dəyərləndirməməklə bağlı deyil ki?
- Deməzdim ki, rəqibə ciddi yanaşmamışdıq. Sadəcə, autdan bir top atdılar və səhvə yol verdik. 

 

Millidə çalışacaq Ramin Quliyevi məşqçilər korpusunda kim əvəz edəcək?
- Hələ ki, bəlli deyil. 

Tarix: 15 Dekabr 18:12    Oxunub: 181    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.