"Başa düşmüşəm ki, hərdən meydana çıxmağa gərək yoxdu"

“Barselona”nın futbolçusu Lionel Messi son vaxtlar bir sıra oyunlarda ehtiyatda qalmasına münasibət bildirib.

 

Sportinfo.az xəbər verir ki, Messi təcürbə topladıqca baş məşqçinin qərarlarını daha anlayışla qavradığını deyib. O, bəzən meydana çıxmağa gərək olmadığını vurğulayıb:

 

“Başa düşürəm ki, mövsüm uzundu. İl ərzində elə vaxtlar olur ki, yüklənmə həddindən artıq çox olur. İllər keçir, sənin bədənin isə daha artıq yük götürməkdə davam edir.

 

Təcrübə topladıqca, baş məşqçinin qərarları mənə daha aydın olur. Başa düşmüşəm ki, hərdən meydana çıxmağa gərək yoxdu”.

 

“Barselona”nın baş məşqçisi Ernesto Valverde Messini ehtiyatda saxlamağını, futbolçuya istirahət vermək istəyi ilə əlaqələndirir.

Tarix: 15 Dekabr 17:36    Oxunub: 98    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.