"Dedim, "Allah haqqı dəyməmişdi", sonra sozünü dəyişdi"

Futzal üzrə ölkə çempionatının Yüksək Liqasında növbəti qələbəsini qazanan “Marafon Futsal” bu dəfə EKOL-u məğlub etdi.

 

Sportinfo.az xəbər verir ki, gərgin keçən oyundan sonra qalib komandanın iranlı qapıçısı Kəsra Mehdipur Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

 

- EKOL-la oyununuz kifayət qədər gərgin keçdi. Hətta mübahisələr də oldu. Oyunu bu qədər gərginləşdirən səbəblər nələr idi?
- Maraqlı oyun alındı. Əsas da birinci hissə çox gərgin keçdi. Hətta fasiləyə heç-heçə ilə yollandıq. Komandalar güc olaraq bir-birinə yaxındılar. Bu amil oyuna marağı, qələbə qazanmaq istəyi isə gərginliyi artırdı. 

- Xüsusilə də rəqibin vurduğu ikinci qol qeydə alınan zaman çox əsəbləşdin. Nəyə etiraz edirdin?
- Hakimə dedim ki, rəqib topu autdan birbaşa qapıya vurmuşdu. O da dedi ki, top qapıya daxil olmamışdan əvvəl sənin əlinə dəydi. Anda içdim, dedim, Allah haqqı dəyməmişdi. Referi sonra sozünü dəyişdi və topun yolüstü oyunçulardan birinin ayağına dəydiyini dedi. Buna görə əsəblərimə hakim ola bilmədim. Düzdü, etirazımız heç nəyi dəyişmədi və qol qeydə alındı.   

- Ən yaxın izləyicinizlə xal fərqini artırdınız. Özünüzü ikinci pillədə necə hiss edirsiniz?
- Həqiqətən də yaxşı oyunlar keçiririk. Meydanda var gücümüzü qoyuruq ki, qələbə qazanaq. Hələ ki, işlərimiz yaxşı gedir. Çalışmalıyıq ki, qalan oyunları da udaq və fasiləyə yüksək yerdə yollanaq. 

- Mövsümün yarılanmasına 4 tur qalıb. Bütün komandalarla qarşılaşmısınız. Çempionatın səviyyəsi səni qane edirmi?
- Oyunlar gərgin keçir. Güc baxımından komandalar bir-birinə yaxındırlar. Əvvəlcədən kimin qalib gələcəyini bilmək olmur. Sürpriz nəticələr kifayət qədərdir. 

- Debüt ilində “Marafon Futsal”ın bu qədər diqqət mərkəzində olacağını gözləyirdin?
- Klub rəhbərliyinin bizdən gözləntiləri yüksəkdir. Çünki biz bu ölkədə legionerik. Elə etməliyik ki, bu gözləntiləri doğrulda bilək. Komandanın çıxışını isə sürpirz saymaq olmaz. Yaxşı hazırlıq keçmişik, heyət yığılıb, şəraitimiz yüksəkdir, rəhbərlik komandaya hər cür qayğı göstərir, ona görə də nəticələrimiz uğurlu alınır.  

- Hansı komandanın oyununu bəyənirsən?
- “Xəmsə” çox yaxşı oynayır. Onların problemi nəticəni qoruya bilməmələridi. Baxırsan ki, meydanda güclərini qoyurlar, zəhmət çəkirlər, ancaq qazandıqları üstünlüyü ikinci hissədə əldən verirlər. Üzərlərində heç bir təzyiq yoxdur deyə, çox rahat, sərbəst çıxış edirlər. 

- Çempionatımızda şəkindiyiniz hücumçu varmı?
- Açığı, belə hücumçu yoxdu.

Tarix: 15 Dekabr 17:24    Oxunub: 252    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.