"Əgər işlər pis alınsa, onda hamımız yığmadan rədd olmalıyıq"

Argentina yığmasının lideri Lionel Messi hesab edir ki, indiki heyətin daha bir səhv etməyə haqqı yoxdu.

 

Sportinfo.az xəbər verir ki, Leo bu futbolçuların titul qazanmağa borclu olduqlarını deyib. O, vurğulayıb ki, əks təqdirdə, hamı yığmadan getməlidi:

 

“İnsanlar bu futbolçuların yığmanı tərk etməsini gözləyir. Çünki onlar çoxdandı titul qazanmırlar. Tənqid edənlər uzun müddətdi ki, yığmada eyni simaları görürlər.

 

Əgər işlər pis alınsa, onda hamımız yığmadan rədd olmalıyıq. İnanmıram ki, uğursuzluqdan sonra indiki heyətdən kimsə yığmada qalsın. Biz uzun müddətdi ki, bir yerdə çıxış edirik”.

Tarix: 15 Dekabr 16:48    Oxunub: 213    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.