"Zirə" 3-dən çox istəmədi

“Zirə”nin qış hazırlıq planı müəyyənləşib.

 

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Neftçi” ilə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra istirahətə buraxılan komanda bir də gələn il yanvarın 4-də təlim-məşq toplanışı üçün bir araya gələcək.

 

Yanvarın 19-na kimi paytaxtda hazırlıqlarını davam etdirəcək Ayxan Abbasovun yetirmələri bu müddətdə bir yoxlama matçı keçirmək fikrindədi.

 

“Qartallar” ayın 18-i və ya 19-da yerli klublardan biri ilə qüvvəsini sınayacaq. Bununla da hazırlığın ilk mərhələsi yekunlaşacaq.

 

Yanvarın 21-də Türkiyəyə yollanacaq "qartallar" hazırlıqlarının ikinci hissəsini bu ölkədə keçəcək.

 

Antalyada Side bölgəsində yerləşən “The Sense De Luxe Hotel”də məskunlaşacaq komanda burda 3 yoxlama matçı keçirəcək.

 

Qarşılaşmalar 27, 30 yanvar və 2 fevral tarixlərndə nəzərdə tutulub. “Qartallar” fevralın 4-də Bakıya qaydacaq.

Tarix: 15 Dekabr 16:36    Oxunub: 147    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.