Argentinalı müdafiəçi ilinə 7 milyon avro qazanacaq

“Barselona” Xavyer Maskeranonun qışda komandadan ayrılmasına əngəl olmayacaq.

 

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçunun yanvarda Çinin “Xebey Çayna Forçun” komandasına yollanacağı gözlənilir.

 

“Sport.es”in yaydığı məlumata görə, 33 yaşlı futbolçunun Kataloniya təmsilçisi ilə 2019-cu ilin yayına kimi müqaviləsi olsa da, “göy-qırmızılar” qışda onun ayrılmasına mane olmayacaq.

 

Maskeranonun Çin təmsilçisi ilə 3 illik müqavilə bağlayacağı qeyd edilib. Anlaşma baş tutsa, argentinalı müdafiəçi Asiya təmsilçisində ilinə 7 milyon avro qazanacaq.

Tarix: 15 Dekabr 17:00    Oxunub: 116    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.