"Sumqayıt" rəhbərliyi Samir Abasovdan konkret siyahı gözləyir

«Komandayla bağlı müzakirələrimiz qarşıdakı günlərdə olacaq» - bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın baş meneceri Ceyhun Sultanov deyib.


Onun bildirdiyinə görə, hazırda bütün diqqətləri «Qarabağ»la ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirəcəkləri cavab görüşünə yönəlib.


Sitat: «Samir Abasovun mətbuatda səsləndirdiyi fikirlərlə tanışam. O, hazırkı heyətin 70-80 faizini saxlamaq istədiyini söyləyib.

 

Ancaq onunla söhbətimiz hələ olmayıb. Hansı futbolçularla yollarımızı ayırıb, hansı futbolçuları dəvət edəcəyimizi qarşıdakı görüşümüzdə dəqiqləşdirəcəyik.

 

Əlimizdə konkret siyahı olmalıdı ki, ona uyğun hərəkət edək. Deyə bilərəm ki, komandamız mövsümün bunaqədərki hissəsini yaxşı keçirib və istərdik, qış fasiləsindən sonra nəticələrimiz daha da müsbət olsun». 

 

 

Tarix: 15 Dekabr 15:48    Oxunub: 383    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.