AFFA klub rəsmiləri və məşqçilərdən kim(lər)i futboldan silməyə hazırlaşır?

AFFA İntizam Komitəsinin üç şəxsə oyunların idman nəticəsinin manipulyasiyasında iştirakına görə futbola aid hər bir məşğuliyyətin ömürlük qadağan edilməsi ilə bağlı qərarına yenidən baxılacaq.

 

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılov məlumat verib.

 

O bildirib ki, “Keşlə”nin sabiq futbolçuları – Nizami Hacıyev və Mirhüseyn Seyidov, eləcə də "Neftçi”nin sabiq əməkdaşı (məşqçi-metodist) Ağakişi Mehdizadə AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verib.

 

Onun sözlərinə görə, sözügedən şəxslərlə bağlı yekun qərar 2018-ci ilin əvvəlində veriləcək. K.Cəbrayılov bildirib ki, hazırda araşdırmalar davam edir.

 

O, yaxın gələcəkdə də cəzaların olacağını istisna etməyib: “Hazırda daxil olan məlumatlara əsasən araşdırmalar davam edir. Klub rəsmilərinin və məşqçilərin danışılmış oyunlarda iştirakı ilə bağlı konkret informasiya yoxdu.

 

Olarsa, həmin şəxslər də cəzalandırılacaqlar. Proses davam etdiyi müddətdə ətraflı açıqlamaq olmur. Çünki bu istintaq fəaliyyətinin detalı ola bilər”.

 

Nizami Hacıyev və Mirhüseyn Seyidov dekabrın 1-də, Ağakişi Mehdizadə isə dekabrın 6-da AFFA İntizam Komitəsinin qərarı ilə futboldan ömürlük uzaqlaşdırılıblar. Hər 3 şəxs çalışdıqları klublardan kənarlaşdırılıb. 

Tarix: 15 Dekabr 15:36    Oxunub: 446    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.