"Kəpəz"in Türkiyə sərgüzəşti

“Kəpəz”in qış hazırlıq proqramı müəyyənləşib.

 

Sportinfo.az Gəncə klubunun rəsmi saytına istinadən xəbər verir ki, istirahətə buraxılan kollektiv 2018-ci il yanvarın 5-də Bakıda bir araya gələrək tibbi müayinədən keçəcəklər.

 

Futbolçular ayın 7-də baş məşqçinin sərəncamında olacaqlar. Yanvarın 8-dən isə “sarı-göylər” gündə iki dəfə olmaqla təlim-məşq toplanışına start verəcəklər.

 

Ayın 13-dək komanda “Dalğa Arena”da məskunlaşacaq. Daha iki gün isə futbolçular Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçəcək.

 

“Kəpəz”in üzvləri yanvarın 16-da istirahət edəcək. Bir gün sonra isə komanda Türkiyəyə yollanmaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında toplaşacaq.

 

“Kəpəz” hazırlığın bundan sonrakı hissəsini Antalyada davam etdirəcək. Gəncə klubu fevralın 2-dək qardaş ölkədə olacaq. 

Tarix: 15 Dekabr 14:48    Oxunub: 150    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.