"Neftçi" qışda nə edəcəyini bildi: "Alva Donna" və 5 sparrinq

Dünən «Zirə» üzərində qələbə qazanaraq, ölkə kubokunda yarımfinal mərhələsinə yüksələn «Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, komandaz Bakıda və Bələkdə təlim-məşq toplanışı keçəcək.

 

Bu gün istirahətə buraxılan kollektiv iki mərhələdən ibarət təlim-məşq toplanışı üçün yanvarın 5-də bir araya gələcək. Əsasən fiziki hazırlığa üstünlük veriləcək ilk mərhələ yanvarın 15-dək Bakıda təşkil olunacaq.

 

Yanvarın 12-də yerli klublardan biri ilə yoxlama oyunu keçirilməsi nəzərdə tutulub. Yanvarın 17-dən 31-dək Türkiyənin Antalya şəhərinə yollanacaq bakılılar Bələkdə yerləşən "Alva Donna" otelində məskunlaşacaq.

 

Bu mərhələdə daha çox texniki və taktiki hazırlığa nəzər yetiriləcək. “Neftçi”nin Türkiyədə 5 yoxlama oyunu keçirməsi planlaşdırılır.

 

Komanda yanvarın 22-si «SKA-Xabarovsk», 25-i Rumıniyanın “Konkordiya” və Ukraynanın “Çernomorets”, 27-də isə “Krılya Sovetov” klubları ilə qarşılaşacaq.

 

Təlim məşq-toplanışında yanvarın 30-u nəzərdə tutulan görüşə isə rəqib dəqiqləşəndən sonra məlumat veriləcək.

Tarix: 15 Dekabr 14:12    Oxunub: 371    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.