UEFA "Qarabağ"ın oyununda baş verənlərlə bağlı nə dedi:?

UEFA-nın Feyr-Pley və Sosial Məsuliyyət Komitəsindən AFFA və “Kəpəz”ə məktub daxil olub.

 

Sportinfo.az xəbər verir ki, komitənin sədri Peter Gillieronun imzaladığı məktubun əsli “Kəpəz”ə, surəti isə AFFA-ya ünvanlanıb.

 

Məktubda Topaz Premyer Liqasının 11-ci turunda Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” - “Qarabağ” oyununda meydan sahibi komandanın üzvü Viktor Oseqeylin nümayiş etdirdiyi feyr-pley nümunəsi təqdir olunub.

 

Qeyd olunan oyunun 26-cı dəqiqəsində, hesab 0:0 olarkən “Kəpəz”in futbolçusu Viktor Oseqeyl ilə “Qarabağ”ın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizədən sonra qarşılaşmanın baş hakimi 11 metrlik cərimə zərbəsi təyin etmiş, Viktor Oseqeyl referiyə yaxınlaşaraq ona qarşı qayda pozuntusu olmadığını bildirmiş və hakim penalti qərarını ləğv etmişdi.

 

Viktor Oseqeylin ədalətli oyun prinsiplərinə sadiq hərəkəti barədə AFFA tərəfindən UEFA-nın Feyr-Pley və Sosial Məsuliyyət Komitəsinə məlumat verilmişdi.

Tarix: 15 Dekabr 14:00    Oxunub: 194    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.