Qıza sekslə məşğul olmağı təklif edib, rədd cavabı alıb, sonra zorlayıblar

İspaniyanın Aranda da Duero şəhərində 3 ispan futbolçu həbs edilib.

 

Sportinfo.az xəbər verir ki, həbs edilənlər - Karlos Kuadrado Santos, Raul Kalvo və Viktor Rodriges Ramos Sequnda B-də çıxış edən “Arandina” klubunun üzvləridi.

 

Onlar 15 yaşlı qızı zorlamaqda ittiham olunurlar. Futbolçulardan 2-si mənzilində həbs olunub. Biri isə özü könüllü surətdə polisə təslim olub.

 

İlkin versiyaya görə, evinə qayıdan qız küçədə futbolçularla rastlaşıb. Onlar qıza sekslə məşğul olmağı təklif ediblər, rədd cavabı aldıqda isə onu zorlayıblar.

 

Digər versiyaya görə isə qız futbolçuların təklifini qəbul edib. Ancaq İspaniya qanunlarına görə, 16 yaşdan aşağı qızlarla sekslə məşğul olmaq cinayət sayılır.

Tarix: 15 Dekabr 12:48    Oxunub: 295    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.