Cismi Bakıdadı, ruhu Bosniya və Qazaxıstanda dolaşır

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovinanın sükanı arxasında keçməyə ən real namizəddi.


Sportinfo.az xəbər verir ki, bu barədə “N1” portalının müxbiri Haris Mrkonya öz “titter” səhifəsində yazıb.


O, Bosniya və Herseqovina Futbol İttifaqındakı yüksək vəzifəli məmurun bu variantı təsdiqlədiyini bildirib. Prosineçkiyə hücum futbolu oynatması səbəbindən üstünlük verildiyi vurğulanıb.

 

Digər tərəfdən, yerli futbol qurumu Fatih Terimlə danışıqlardan müsbət nəticə əldə edə bilmədiyi üçün bütün diqqətləri 48 yaşlı xorvatiyalı mütəxəssisə yönəldib.

 

“İmperator” ləqəbli məşqçinin yüksək məvacib tələb etməsi qarşı tərəfin ürəyincə olmayıb, nəticədə türkiyəli ilə danışıqlar dayandırılıb


Bosniya və Herseqovina millisinin sabiq baş məşqçisi Mehmed Bajdareviç DÇ-2018-ə vəsiqə qazana bilmədiyi üçün istefaya göndərilib.

 

Robert Prosineçkinin isə bu ay Azərbaycanla başa çatan 3 illik müqaviləsinin müddəti uzadılmayıb. Onun öz istəyi ilə. 


Bu arada Qazaxıstan variantı da yaranıb. Bu ölkə mətbuatının yazdığına görə, adı çəkilməyən yüksək liqa klublarından biri 48 yaşlı çalışdırıcının xidmətində maraqlıdı. Balkanlı gələn təklifə hələlik cavab verməyib.


Buna qədər Prosineçkinin adı müxtəlif komandalarla – “Bursaspor”, “Konyaspor”, “Trabzonspor” və “Şturm”, həmçinin Xorvatiya və Sloveniya yığmaları ilə birgə hallanıb.

 

Başqa sözlə, növbəti iş yerinin hara olacağı hələ müəyyənləşməyib. Yalnız müxtəlif versiyalar yayılmaqdadı.

 

Özü bu gün də Bakıda otura-otura. AFFA ilə müqaviləsi dekabrın 6-da başa çatan sabiq «Kayserispor»lu qızının təhsili ilə əlaqədar buranı tərk etməyib.

 

Tarix: 15 Dekabr 12:24    Oxunub: 296    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.