“Neftçi", “Xəzər Lənkəran” və “Kəpəz” 13 klub arasında

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.

 

Sportinfo.az xəbər verir ki, Avropanın 442 komandasının yer aldığı cədvəldə təmsilçilərimizdən ən yaxşı nəticə “Qarabağ”a məxsusdu.

 

Ağdam təmsilçisi əvvəlki cədvəllə müqayisədə bir pillə geriləyib. Belə ki, Avropa Liqasının qrup mərhələsində Çexiyada “Slaviya”nı 1:0 hesabıyla məğlub edərək tarixi ərzində ilk dəfə 1/16 finala vəsiqə qazanan “Astana” (Qazaxıstan) təmsilçimizi geridə qoyub.

 

Hazırda hesabında 20,500 xal olan "köhlən atlar" BATE (Belarus) və “Yanq Boyz”la (İsveçrə) birlikdə 68-70-ci pillələri bölüşür.

 

Təmsilçilərimizdən ən yaxşı ikinci göstəriciyə malik “Qəbələ”nin aktivində 5,250 xal var. “Voyvodina” (Serbiya) ilə eyni xala malik təmsilçimiz 191-ci pillədə qərarlaşıb.

 

Azərbaycanın digər 5 klubunun öz əmsalı aşağı olduğundan ölkə reytinqindən aldıqları payla kifayətləniblər. Nəticədə “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3,825 xalla 244-cü yeri bölüşən 13 komanda arasındadı.

 

Siyahıya “Real” (148,000) başçılıq edir. “Kral klubu”nu “Barselona” (126,000) və “Bavariya” (125,000) izləyir. Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın 2 xal aldığı (1:1, 0:0) “Atletiko” isə (122,000) 4-cü sırada yer alıb.

Tarix: 15 Dekabr 11:00    Oxunub: 294    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.